lider-media.az

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə direktor təyin edilib

Baxış: 143 Tarix: 9-04-2025, 20:02

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Elnarə Məhəmməd qızı Ənsari Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. 

Elnarə Ənsari 1979-cu ildə anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və Audit fakültəsi üzrə təhsil alıb.
 
2001-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq Əlaqələr Şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2014-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin müdir müavini işləyib.
 2024-cü il oktyabrın 1-dən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. İngilis və rus dillərini bilir.  Ailəlidir, 2 övladı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi