lider-media.az

Belçikada Azərbaycan-Ermənistan münasibətlərinə dair qərəzli qətnamə layihəsi ilə əlaqədar dinləmələr keçirilib

Baxış: 147 Tarix: 9-04-2025, 19:28


Belçika Parlamentinin Xarici əlaqələr komissiyasında Azərbaycan-Ermənistan münasibətlərinə dair hazırlanmış qərəzli qətnamə layihəsi ilə bağlı dinləmələr keçirilib.

Lider-media.az AZƏRTACA-a istinadən xəbər verir ki, səfir Vaqif Sadıqov komissiya üzvləri qarşısında çıxış edib, onların ermənilərin fikirlərinə əsaslanan və regiondakı mövcud reallıqları əks etdirməyən çoxsaylı suallarını cavablandırıb.

Eyni zamanda, müzakirələrdə Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ, vaxtilə işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən həyata keçirilmiş total dağıdıcılıq siyasəti, ölkəmizin üzləşdiyi mina problemi və itkin düşmüş şəxslərlə bağlı məsələlər diqqət mərkəzində saxlanılıb. Həmçinin vurğulanıb ki, 2020-ci ildən sonra bölgədəki mövcud reallıqlar Ermənistan hökuməti tərəfindən qəbul edildiyi bir vaxtda, bəzi Avropa ölkələrinin parlament təsisatları tərəfindən fərqli təqdim olunur. Bu isə Azərbaycan və Ermənistan arasında həssas normallaşma prosesinə təsir göstərir.

Səfir Azərbaycan tərəfinin parlamentariləri maraqlandıran bütün məsələlərlə bağlı konstruktiv dialoqa hazır olduğunu bildirib. Həmçinin dayanıqlı sülhə və iki ölkə arasında münasibətlərin inkişafına xidmət etməyən adıçəkilən qətnamə layihəsinin qəbuluna təkrar baxılacağına ümidvar olduğunu diqqətə çatdırıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi