lider-media.az

Prezident İlham Əliyev Slovakiyanın yeni seçilmiş Prezidenti Peter Pelleqrinini təbrik edib

Baxış: 360 Tarix: 15-04-2024, 13:29

Prezident İlham Əliyev Slovakiyanın yeni seçilmiş Prezidenti Peter Pelleqrinini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti seçilməsi münasibətilə Peter Pelleqrinini təbrik edib.

Lider-media.az xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Slovakiya ilə dostluq əlaqələrimizin inkişafı bizim üçün böyük önəm kəsb edir. Hazırda Azərbaycan-Slovakiya əməkdaşlığının müxtəlif sahələrdə yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur”.

Keçən ildən Azərbaycanın Bratislavada fəaliyyətə başlamış səfirliyinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyinə inandığını vurğulayan Azərbaycan Prezidenti bildirib: “Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik”.

Dövlətimizin başçısı Prezident Peter Pelleqriniyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi