lider-media.az

Çin ABŞ mallarının idxalına olan rüsumları 84 faizə qaldırıb

Baxış: 13 Tarix: 9-04-2025, 15:54

Çin ABŞ mallarının idxalına olan rüsumları 84 faizə qaldırıb

Rəsmi Pekin ABŞ-ın Çin mallarına tətbiq etdiyi idxal rüsumlarını artırmasına cavab olaraq ABŞ-dan idxal edilən mallara 84 faizlik gömrük tarifləri tətbiq edəcəyini açıqlayıb.Bu barədə Çinin Kommersiya Nazirliyi açıqlama yayıb.

Bundan başqa, ABŞ-ın daha 12 şirkəti Çinin ixrac nəzarəti siyahısına, 6 şirkəti isə etibarsız müəssisələr siyahısına daxil edilib. Çin Xarici İşlər Nazirliyi də ABŞ-ın addımlarının cavabsız qalmayacağını, ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüləcəyini açıqlamışdı.

Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra Çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. Aprelin 9-dan etibarən Çin malları üçün idxal rüsumları 104 faizə qaldırılıb. Birləşmiş Ştatlar ölkə səviyyəsində Çinin ən iri idxal bazarıdır. Ötən il Çinin ABŞ-a ixracı 462 milyard dollar, ABŞ-dan idxalı isə 143 milyard olub. ABŞ Çinin ümumi ixracının 14,7 faizini, idxalının isə 6,3 faizini təmin edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi