lider-media.az

Özbəkistan nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində olub

Baxış: 40 Tarix: 8-04-2025, 22:23

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və əldə edilmiş təcrübə ilə yerində tanış olmaq, qurumlararası əməkdaşlıq münasibətlərini daha da genişləndirmək məqsədilə Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib. Nümayəndə heyətinə Özbəkistan Respublikası Prezident Administrasiyasının baş müşaviri Suxrob Axmedov rəhbərlik edib.

Səfər çərçivəsində Azərbaycan fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev Özbəkistan nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı nazir müavini ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlər, Azərbaycan FHN-in strukturu və fəaliyyəti barədə qonaqlara geniş məlumat verib, səfər çərçivəsində uğurlu təcrübə mübadiləsinin aparılacağına əminliyini bildirib.

Özbəkistan Respublikası Prezident Administrasiyasının baş müşaviri Suxrob Axmedov səmimi görüşə görə təşəkkür edərək, qarşılıqlı səfərlərin və aparılan müzakirələrin əhəmiyyətini qeyd edib, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin strukturlarının qazandığı təcrübənin yerində öyrənilməsinin faydalı olacağına inandığını vurğulayıb.

Qeyd edək ki, səfər çərçivəsində qonaqlar FHN-in Aparatının struktur bölmələri və qurumlarının fəaliyyəti ilə yerində tanış olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi