lider-media.az

Azərbaycanın və İsrailin xarici işlər nazirləri regional vəziyyəti müzakirə ediblər

Baxış: 192 Tarix: 8-04-2025, 17:03

Azərbaycanın və İsrailin xarici işlər nazirləri regional vəziyyəti müzakirə ediblər

Aprelin 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabi şəhərində İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, humanitar sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın rolu qeyd olunub. Tərəflər, habelə yüksək texnologiyalar, səhiyyə və təhsil sahələrindəki təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ölkəmizin Yaxın Şərq regionunda sülhün və sabitliyin bərqərar edilməsini, o cümlədən İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həlli prosesini dəstəklədiyi bir daha qeyd olunub.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi