lider-media.az

Hafiz Paşayev: 7-ci ADA Siyasi Forumunun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır

Baxış: 45 Tarix: 8-04-2025, 12:10

ADA Universitetinin rektoru Hafiz PaşayevADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir.Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanın Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Yeni Dünya Nizamına Doğru" mövzusunda keçirilən 7-ci ADA Siyasi Forumundakı açılış nitqində deyib. O qeyd edib ki, bu konfrans mühüm əlaqələrin qurulmasına imkan verəcək: “Bu gün belə bir mötəbər tədbirin iştirakçıları olan bizlər üçün çox önəmli gündür. Bu forumun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Biz bu gün Azərbaycanımızın adına sevinirik, lakin mən həm də rəhbərlik etdiyim universitetin adına da çox sevincliyəm. Bildiyiniz kimi, mən Vaşinqtonda diplomatik xidmətdə çalışmışam. Lakin bir zaman oldu ki, Azərbaycana qayıdıb pedaqoji fəaliyyətlə məşğul olmaq istədim. Bu niyyətimi Prezident İlham Əliyevə deyəndə, o da bunu müsbət qarşıladı. ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir. Bildiyiniz kimi, tədbirdə müxtəlif ölkələrdən olan nümayəndələr iştirak edir. Həmin faktor iştirakçı ölkələr arasında mühüm əlaqələr yaratmaq baxımından da çox önəmlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi