lider-media.az

AHİK-in üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin iclası keçirilib

Baxış: 239 Tarix: 8-04-2025, 11:39

AHİK-in üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin iclası keçirilib. İclasda AMEA AHİ-nin Rəyasət Heyətinin üzvləri, AMEA Mülki Müdafiə Qərargahının rəisi Nizami Vəliyev, həmkarlar təşkilatlarının sədrləri və əməyin mühafizəsi üzrə məsul şəxslər iştirak ediblər. İclasın gündəliyi ilə iştirakçıları tanış edən İttifaqın sədri Sənan Həsənov bildirib ki, cənab Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamı AMEA AHİ-nin qarşısında yeni vəzifələr qoyur və İttifaq 80 illik yubiley tədbirlərində fəal iştirak edəcək.
AMEA AHİ-nin əməyin texniki müfəttişi Həsənqulu Qurbanov, AMEA Rəyasət Heyətinin Həmkarlar Təşkilatının sədri Aynur Mahmud, Arxeologiya və Antropologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Faiq Babayev çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Sonda iştirakçıların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi