lider-media.az

Ağdaban faciəsindən 33 il ötür

Baxış: 57 Tarix: 8-04-2025, 09:42

Ağdaban faciəsi: Ermənilərin insanlığa qarşı daha bir cinayəti
Ermənilərin xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 33 il ötür. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilən ən böyük cinayətlərdən biridir. 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni separatçıları Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndinə hucum edib. Erməni separatçıları tərəfindən kənd  yandırılıb. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb. Həmin vaxt 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ağdabanın işğalı Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosiyanın əmri ilə həyata keçirilib.  Erməni separatçıları Ağdabanda olan  tarixi, memarlıq və mədəniyyət abidələri dağıdıb. Müqəddəs ziyarətgah və qəbiristanlıq təhqir və məhv edilib. Klassik Azərbaycan şerinin ustadı Aşıq Qurbanın, oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb talan edilib.

Qeyd edək ki, Ağdaban faciəsi - bəşər tarixinin silinməz qara səhifəsi, erməni seperatçılarının dünya ictimaiyyətinin gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamı idi. Ağdaban faciəsi Xocali, Xatin və Sonqimi soyqrımı siyasətinin dəhşətli təkrarı kimi xarakterizə edilir. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi