Bakı metropoliteninin genişləndirilməsi ilə bağlı tender elan ediləcək

Ayrılacaq kredit vəsaitlərinin bir hissəsi malların satın alınmasına, görüləcək işlərə və bir sıra xidmətlərə sərf ediləcək. Qanunvericiliyin tələbinə uyğun olaraq, bununla əlaqədar beynəlxalq açıq tender üsulu ilə qalib müəyyən ediləcək və müvafiq müqavilə imzalanacaq.
Malların alınmasında, işlərin icrasında və xidmətlərin təqdim edilməsində maraqlı tərəflər, həmçinin əlavə məlumat əldə etmək istəyənlər “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytında dərc edilmiş elanla (https://metro.gov.az/az/procurement/4424/baki-metropoliteninin-genislenmesi-layihesi-i-merhele) ətraflı tanış ola və əlaqə saxlaya bilərlər.