lider-media.az

Azərbaycan Ordusunda gender bərabərliyi ilə bağlı seminarlar təşkil olunub

Baxış: 406 Tarix: 14-04-2024, 12:47

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə hərbi hissələrdə keçirilən görüşlər davam edir.

Bu barədə Lider-Media.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri tərəfindən keçirilən görüşlərdə Azərbaycan Ordusunda gender bərabərliyinin təmin olunması, bu istiqamətdə fəaliyyətlər, insan hüquqları və digər mövzularda seminarlar keçirilib.

Aparılan maarifləndirmə tədbirləri çərçivəsində hərbi qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, maraq doğuran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi