lider-media.az

Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanan memorandum Gürcüstan mətbuatında

Baxış: 134 Tarix: 6-04-2025, 09:47

Gürcüstanın nüfuzlu apsny.ge və sputnik-georgia.ru portalları aprelin 4-də Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanmış “Yaşıl enerji dəhlizi” haqqında memorandum barədə xəbərlər yayıblar. Memorandumun əhəmiyyəti barədə oxuculara məlumat verilir.

Bildirilir ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın energetika nazirlikləri yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığı gücləndirmək üçün anlaşma memorandumu imzalayıblar. Memorandum dörd ölkə arasında transsərhəd elektrik enerjisi infrastrukturu sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək. Memorandumun məqsədi yaşıl elektrik enerjisi sahəsində birgə layihələrin təşviqi, müvafiq enerji infrastrukturunun yaradılması, bilik və texnologiya mübadiləsi, qarşılıqlı faydalı təşəbbüslərin dəstəklənməsi yolu ilə yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində tərəflər arasında iqtisadi, elmi və texniki əməkdaşlığı inkişaf etdirmək və gücləndirməkdir.

“Sənəddə regional enerji təhlükəsizliyi və rifahının təmin edilməsi üçün sərhədyanı əməkdaşlığın vacibliyi vurğulanır. Tərəflər həm memorandumda iştirak edən ölkələr, həm də qonşu ölkələrlə yeni enerji infrastrukturu layihələrinin həyata keçirilməsi və yaşıl elektrik enerjisi ticarətinin inkişaf etdirilməsi arzularını ifadə ediblər. Memoranduma əsasən, birgə əməkdaşlıq planlarının hazırlanması, habelə onların icrasına və təhlilinə nəzarət etmək üçün işçi qrupu yaradılacaq”, –deyə xəbərlərdə vurğulanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi