lider-media.az

Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib

Baxış: 101 Tarix: 5-04-2025, 14:55

 Aprelin 2-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri ilə keçirib.  

 İcra başçısı ötən səyyar görüşdə yerli sakinlər tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib və bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır.Taleh Qaraşov icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunan bütün məsələlərin müsbət həll olunduğunu, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlandığını və nəticəsi barədə vətəndaşlara qanunamüvafiq vaxtda və formada cavablar verildiyini qeyd edib.

 Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı görüş-qəbulda Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri onları narahat edən problemləri birbaşa icra başçısına söyləyiblər.

 Yerli sakinlər dövlət idarələrinin və bütün xidmət sahələrinin nümayəndələrinin səyyar görüşdə iştirakının qaldırdıqları problemlərin yerindəcə həllinə köməklik etməsi baxımından əhəmiyyətli olduğunu  vurğulayıblar.

 Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri insan amilinin sosial dövlət quruculuğu prosesində mərkəzdə dayanmasına və sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin hiss olunacaq şəkildə artmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını qeyd ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi