Sahibə Qafarova Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Heydər Əliyev Meydanının açılışı olub. Bu meydanın yaradılması dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Daşkəndin Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşən meydanın ətrafındakı binalar abadlaşdırılıb, ərazisi tamamilə yenidən qurulub. Burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb