lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Baxış: 492 Tarix: 10-03-2025, 19:08

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti martın 10-da Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Spiker Sahibə Qafarova abidənin önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.Sonra Milli Məclisi sədri Qəhrəmanlar Meydanında Memorial kompleksini ziyarət edib. Spiker Sahibə Qafarova burada Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.

Burada Azərbaycanın və Gürcüstanın Dövlət Himnləri səsləndirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi