lider-media.az

İraqın Milli Dövlət Qüvvələri Koalisiyasının Prezidenti Ammar Əl-Hakimdən

Baxış: 109 Tarix: 4-04-2025, 20:42

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Bu münasibətlə Uca Allahdan Sizə möhkəm cansağlığı və davamlı uğurlar, ölkənizə və qardaş Azərbaycan xalqına səadət, xeyir və bərəkət diləyirik.

Şübhə yoxdur ki, İslam dünyamızın qarşısında duran problemlər çoxsaylı və böyükdür. Bununla belə, biz inanırıq ki, hər bir problemin içərisində həll üçün bır fürsət də var. Biz dost ölkələrin inkişafı, onlar arasında iqtisadi əlaqələr yolundakı maneələri aradan qaldırmaq və əməkdaşlıq körpüləri qurmaq məqsədilə qardaşlarımızla çiyin-çiyinə işləmək əzmindəyik. Çünki biz irəliyə baxaraq hər kəsin təhlükəsizlikdən və firavanlıqdan bəhrələnəcəyi daha yaxşı sabaha can atırıq.

Dərin hörmətlə,

Ammar Əl-Hakim

İraqın Milli Dövlət Qüvvələri Koalisiyasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi