lider-media.az

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzanidən

Baxış: 344 Tarix: 4-04-2025, 20:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Qoy bu mübarək bayram ölkənizə və dünyada yaşayan bütün müsəlmanlara davamlı xoşbəxtlik, firavanlıq, əmin-amanlıq gətirsin!

Ramazan bayramı təfəkkür, şükür, ruhən yenilənmə bayramıdır və bu kimi dəyərlər bizi birlik, qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyət göstərməyə ruhlandırır.

Mən yaxın əməkdaşlığımızın davam edəcəyinə və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənəcəyinə ümid edirəm.

Hörmətlə,

Məsrur Bərzani

İraq Kürdüstan Regionunun Baş naziri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi