lider-media.az

Auditorlar Palatasında “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin təqdimat mərasimi keçirilib

Baxış: 27 Tarix: 4-04-2025, 16:18


Auditorlar Palatasında 2025-ci ilin “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) təqdimat mərasiminə həsr edilmiş onlayn tədbir keçirilib.

Auditorlar Palatasından bildirilib ki, tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının sədri Vahid Novruzov “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi”nin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) Beynəlxalq Etika Standartları Şurası (İESCA) tərəfindən hazırlandığını və bütün dünyada peşəkar mühasiblər və auditorlar tərəfindən tətbiq edilmək üçün nəzərdə tutulduğunu, həmçinin Məcəllənin 2024-cü ilin dekabrın 15-dən qüvvəyə minərək tətbiqinə başlanıldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Auditorlar Palatası 2008-ci ildən Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) tamhüquqlu üzvü olmaqla İFAC-a müraciətinə əsasən bu beynəlxalq qurumun icazəsi ilə ingilis dilindən Azərbaycan dilinə tərcümə edilərək hazırlanıb və nəşr etdirilib.

V.Novruzovun sözlərinə görə, “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” bu peşənin ictimai maraqlar üzrə məsuliyyətini əks etdirərək, peşəkar mühasiblər üçün etikanın təməl prinsiplərini müəyyən edir. Bu prinsiplər peşəkar mühasibdən gözlənilən davranış standartlarını özündə ehtiva edir.

Məcəllə peşəkar mühasibdən təməl prinsiplərinə riayətetməmə ilə əlaqəli təhlükələrin müəyyən edilməsi, qiymətləndirilməsi və onları aradan qaldırmaq üçün müvafiq tədbirlərin görülməsi üçün tətbiq edilməsi tələb olunan konseptual əsasları müəyyən edir. Məcəllə eləcə də, mühasiblərə konseptual əsasları müxtəlif mövzulara tətbiq etməyə kömək etmək üçün həmin mövzular üzrə tələbləri və tətbiqi materialları özündə ehtiva edir.

Sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Palatanın Şurası yanında Auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov məcəllə barədə müfəssəl şərh təqdim edib.

Nəşr edilmiş kitab xidməti istifadə üçün bir sıra dövlət qurumlarına, ali təhsil müəssisələrinə, peşəkar ictimai birliklərə göndərilib və Auditorlar Palatasının üzvlərinə paylanılıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin “maliyyə və audit” kafedrasının müdiri Əvəz Ələkbərov, Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Elvin Əlimərdanov və digəriləri kitabın əhəmiyyətindən danışaraq onun tətbiqinin zəruri olduğunu vurğulayıblar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi