lider-media.az

Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib

Baxış: 122 Tarix: 4-04-2025, 15:41

Aprelin 4-də dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib.

İclasda Şuranın üzvləri, şəhərdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti inistitutlarının nümayəndələri və ziyalılar iştirak ediblər.Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Fəxrəddin Rəhimov çıxış edərək, dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilməsindən danışıb.

İclasda ötən görüşdə qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərdən danışılıb, qeyd edilib ki, qaldırılmış problemlər, verilən təkliflər şəhər İcra Hakimiyyətinə çatdırılmış, həmin məsələlərin bir qismi həll edilmiş, digər məsələlər Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuşdur.

İclasda Şuranın fəaliyyətində şəhər ziyalıları və sakinlər ilə daha sıx təmasda olmağın faydasını vurğulanaraq, aktuallıq kəsb edən məsələlərə, şəhərdə görülən abadlıq-quruculuq, ekoloji maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşların müntəzəm olaraq məlumatlandırıldığını qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi