lider-media.az

Almaniyanın biznes nümayəndələri ilə görüş keçirilib

Baxış: 220 Tarix: 4-04-2025, 14:59

Almaniyanın aparıcı enerji şirkətlərinin nümayəndələri ilə görüşdə Azərbaycanın biznes və investisiya imkanları barədə məlumat verilib. İqtisadiyyat nazri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Almaniya biznes nümayəndələri ilə görüşüb.

Görüşdə beynəlxalq tərəfdaşların Azərbaycanda fəaliyyəti üçün əlverişli investisiya mühiti barədə məlumat verilib. Vurğulanıb ki, həyata keçirilən davamlı iqtisadi islahatların nəticəsində qeyri-neft iqtisadiyyatı və ixracı ildən-ilə artır. Ölkəmizin makroiqtisadi sabitliyi və insan kapitalının inkişafı Azərbaycanın iqtisadi imkanlarını daha da genişləndirir.

Qeyd edilib ki, Alman şirkətləri ilə əməkdaşlığımızın uğurlu təcrübəsi iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafına stimul verir. Həmçinin Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələr barədə danışılıb, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlıq vurğulanıb.

Görüşdə Azərbaycanda qarşılıqlı sərmayələrin təşviqi və potensial birgə layihələr barədə fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi