lider-media.az

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Baxış: 365 Tarix: 4-04-2025, 11:08

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Quba və İmişli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Araşdırma zamanı Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi 52 ünvanında yerləşən “Hünər Sumqayıt-10” MTK-ya məxsus ərazidə, İmişli rayonu Sarxanlı kəndi ərazisində, İmişli rayonu Qaradonlu kəndinin yaxınlığında və Quba rayonu İkinci Nügədi kəndi ərazisində ağacların kəsilməsi faktları ilə bağlı təbiətə 98 900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi