lider-media.az

"Purcari Wineries" şirkətinin baş icraçı direktoru ilə görüş keçirilib

Baxış: 284 Tarix: 3-04-2025, 20:11

Moldova şirkəti ilə şərabçılıq sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. İqtisadiyyat naziri Milayıl Cabbarov Moldovanın "Purcari Wineries" şirkətinin baş icraçı direktoru Viktor Bostan ilə görüşüb.

Görüşdə ölkəmizdə sahibkarlığın inkişafına dəstək mexanizmləri, azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr, ixracyönümlü istehsalın təşviqi üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Tərəflər Azərbaycanın əlverişli investisiya və biznes mühiti barədə fikirlərini bölüşüb, şərabçılıq sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi