Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikası Milli Assambleyası sədrinin müavini, Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Amerika Valentina Peres Davila ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib ki, görüşdə Azərbaycan ilə Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib. Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyi, əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Diqqətə çatdırılıb ki, qarşılıqlı səfərlər bu imkanların müzakirəsi baxımından faydalıdır. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən ali və yüksəksəviyyəli səfərlərin müstəsna rolu vurğulanıb.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli şəkildə əməkdaşlıq etdiyi bildirilib, BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə edilib. Qoşulmama Hərəkatında ölkəmizin sədrliyi dövründə Azərbaycan hökuməti tərəfindən irəli sürülən bütün təşəbbüslərin Venesuela tərəfindən dəstəkləndiyi qeyd edilib.
Qonaq ölkəsinin Azərbaycanla münasibətlərə önəm verdiyini deyib.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrinin genişləndirməsində ölkələrin ali qanunverici orqanlarının müsbət rolu qeyd olunub, parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu çərçivədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qrupları arasında münasibətlərin, qarşılqlı səfərlərin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin institusional inkişafı, təşkilatın məqsədlərinin həyata keçiriıməsi istiqamətində görülən işlər barədə məlumat verib. Venesuela Milli Assambleyası sədrinin müavini Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib, ölkəsinin Şəbəkənin işində fəal iştirak etdiyini söyləyib.
Görüşdə qlobal iqlim dəyişiklikləri və onun yaratdığı problemlərin inkişaf etməkdə olan ölkələrə böyük təsirləri barədə də fikirlər səsləndirilib. Qonaq Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə uğurlu evsahibliyi ilə bağlı təbriklərini çatdırıb.
Milli Məclisin sədri, həmçinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən və suverenliyini bərpa etməsindən sonra regionda mövcud olan vəziyyət barədə də məlumat verib. O, Ermənistanın işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlının uzun illər ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını, bu gün keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtdıqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib
Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb
Türkiyə yarım ildə 25,8 milyon xarici turist qəbul edib
Sosial məzuniyyət kimlərə şamil edilir?
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olu
"Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb
Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Mərkəzi Bank bu il və gələn il üçün neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Ağdamın yeni nəslinin nəfəsi
Avqustun 1-də gözlənilən hava şəraiti
Sağlamlıq üçün təbiətin gücü - Təbii müalicə üsulları haqqında Səhiyyə Nazirliyinin mütəxəssisinin izahı
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
S.N.Japarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan nefti bu gün də bahalaşdı
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması