lider-media.az

Gəncədə “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirilib

Baxış: 264 Tarix: 3-04-2025, 15:55

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Xidmət tərəfindən Gəncə şəhərində yerləşən “My Way” otelində “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə mehmanxana tipli müəssisələrin rəhbərləri iştirak ediblər.

Toplantıda yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərinin şəxsən məsuliyyət daşıdığı vurğulanıb, yanğın zamanı zəruri davranış qaydalarından bəhs olunub və əməkdaşların həmin qaydalara ciddi riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, binaların və binaətrafı ərazilərin təmiz saxlanılmasının, yanğından müdafiə sistemlərinin saz vəziyyətdə olmasının zəruriliyi vurğulanıb. Həmçinin, toplantıda elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib, videoçarxlar nümayiş etdirilib.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə izah olunub və suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi