lider-media.az

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovdan

Baxış: 288 Tarix: 3-04-2025, 15:43

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Qoy bu bayram hər bir müsəlman ailəsinə sevinc, sülh və xoşbəxtlik gətirsin, insanların qəlbini xeyirxah işlərin görülməsi üçün birlik və həmrəyliyi gücləndirmək, müqəddəs ayda qazanılan savabları qoruyub saxlamaq arzusu ilə doldursun! Ulu Tanrı bütün dualarımızı, oruclarımızı, xeyirxah əməllərimizi qəbul etsin, insanlar arasında qardaşlıq əlaqələrini möhkəmləndirsin!

Ölkələrimizə, xalqlarımıza və bütün ümmətimizə sülh, əmin-amanlıq və Uca Yaradanın sonsuz mərhəmətini arzulayıram.

Hörmətlə,

Ramzan Kadırov

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi