lider-media.az

Ağdərədə insan sümükləri tapıldı

Baxış: 517 Tarix: 3-04-2025, 15:15

agderede-insan-sumukleri-tapildi

Ağdərədə insan skeletinə məxsus sümüklər tapılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, hadisə aprelin 2-si Ağdərə rayonu, Baş Güneypəyə kəndi ərazisində baş verib.

Belə ki, insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə pokurorluğa məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda sümüklərin kimə məxsus olması istiqamətində zəruri prosessual hərəkətlər icra edilir.

Fakla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi