lider-media.az

Ağdərənin Həsənriz kəndində istirahət parkı

Baxış: 717 Tarix: 3-04-2025, 11:39

Ağdərə rayonunun Həsənriz kəndində istirahət parkı istifadəyə verilib. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün ərazidə genişmiqiyaslı abadlıq işləri aparılıb. Parkda müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilib, ağaclar budanıb, yeni qazon örtüyü döşənib. Yaşıllıq sahələrinə qulluq göstərmək üçün suvarma xətti də çəkilib.

Eyni zamanda parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb, müasir işiqlandırma sistemi qurulub, 10 ədəd yeni skamyalar qoyulub. Uşaqlar üçün oyun əyləncə qurğuları montaj olunub.

Qeyd edək ki, Ağdərənin Həsənriz kəndində 92 ev təmir olunub. İki mərhələdə yaşayış məntəqəsinə 50 ailə köç edib. Kəndə köç üçün 360 nəfər siyahıya alınıb və bu proses mərhələli şəkildə davam etdiriləcək.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi