lider-media.az

Hacıqabul Sənaye Parkında yeni rezident

Baxış: 306 Tarix: 2-04-2025, 17:23

Hacıqabul Sənaye Parkının yeni qeydiyyata alınan rezidenti tərəfindən 9,4 milyon manatdan çox investisiya yatırılacaq.

“Ese Agro” QSC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində alma və nar konsentratlarının emalı, eləcə də nar şirəsinin istehsalı zavodunun qurulması nəzərdə tutulur. İnvestisiya dəyəri 9,4 milyon manat olan layihə çərçivəsində 15 nəfər daimi işlə təmin ediləcək.

Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi