lider-media.az

Bu ilin üç ayında müavinətlər üzrə 267 milyon manat ödənilib

Baxış: 629 Tarix: 11-04-2024, 13:08

Bu ilin üç ayında müavinətlər üzrə 267 milyon manat ödənilibBu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 466 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lider-Media.az-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 267 milyon manat, Prezident təqaüdləri üzrə 171 milyon manat ödənilib.

Üç ay ərzində 39 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 609 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi