lider-media.az

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

Baxış: 294 Tarix: 10-04-2024, 16:23

 
10 aprel 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə — Qroznıya müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.
 
Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə — çərşənbə və bazar günləri həyata keçiriləcək.
 
Qroznı zəngin mədəni irsi ilə səyahətçiləri cəlb edir. Yeni marşrutun açılması sərnişinlərə yeni səyahət və işgüzar səfər imkanları təqdim edərək iki şəhər arasındakı əlaqələri gücləndirəcəkdir.
 
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
 
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi