lider-media.az

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı AHİİTA-nın təşkil etdiyi şahmat üzrə təsnifat turniri başa çatıb

Baxış: 417 Tarix: 23-03-2025, 07:45

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı AHİİTA-nın təşkil etdiyi şahmat üzrə təsnifat turniri başa çatıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təşkilatçılığı ilə keçirilən Novruz bayramına həsr olunmuş şahmat üzrə təsnifat turniri yekunlaşıb.
Yarışda 110 şahmatçı mübarizə aparıb. Sınaq yarışında ilk üç yeri müvafiq olaraq Mirzəzadə Əli, Əsədli Səma və Mustafa Tural, 4-cü dərəcə üzrə Rəhimov Murad, Əşrəfzadə Nihad və Rüstəmzadə Eyyub, 3-cü dərəcə üzrə Əzizli Rauf, Kazımlı Elmir və Paşayev Yusif, 2-ci dərəcə üzrə isə Nəcəfov Adil, Allahverdiyev Hüseyn və Mürvətova Nilufər qazanıblar.
Turnir çərçivəsində qaliblərə medal və diplomlar, dərəcə normativini yerinə yetirən iştirakçılara isə sertifikatlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi