lider-media.az

“Könüllü DOST” proqramına son iki ayda daha 229 nəfər cəlb olunub

Baxış: 117 Tarix: 21-03-2025, 16:01

Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayan “Könüllü DOST” proqramına bu ilin yanvar-fevral ayları ərzində 5,1 min müraciət olub, 229 nəfər proqrama cəlb edilib. 

“Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir. Müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub. 

Proqram iştirakçıları DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və s. işlərdə köməklik göstərirlər. 

Könüllük fəaliyyəti eyni zamanda onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlarını atmalarına imkan yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi