lider-media.az

Ötən ay “Könüllü DOST” proqramına daha 127 nəfər cəlb olunub

Baxış: 335 Tarix: 22-02-2025, 12:20

Ötən ay “Könüllü DOST” proqramına daha 127 nəfər cəlb olunubYanvar ayının sosial göstəriciləri

Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayan “Könüllü DOST” proqramına bu ilin yanvar ayı ərzində 2,9 min müraciət olub, 127 nəfər proqrama cəlb edilib. Müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub.

Ümumilikdə “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir.

Proqrama cəlb olunan şəxslər DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və s. işlərdə köməklik göstərirlər. 

Könüllük fəaliyyəti eyni zamanda onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlarını atmalarına imkan yaradır.

  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi