lider-media.az

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib

Baxış: 101 Tarix: 20-03-2025, 15:59

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Novruz bayramı ərəfəsində vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrini ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad ediblər.

DSX-nin Mətbuat Mərkəzindən  verilən məlumata görə, görüşlər zamanı şəhid ailələrinin və müharibə əlillərinin sosial təminat məsələlərinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb, onların rifah halının yaxşılaşdırılması üçün ardıcıl və məqsədyönlü tədbirlər görüldüyü bildirilib. Şəhid ailələrinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin bayram təbriki çatdırılıb, qayğıları öyrənilib və ailələrə bayram sovqatları təqdim edilib.

Şəhid ailələri göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, belə ziyarətlərin onlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi