Çıxış edənlər tarixən zəkası, mərdliyi və fədakarlığı ilə seçilən Azərbaycan qadınının müasir dövrdə cəmiyyətin bir çox sahələrində, o cümlədən hərbi, təhlükəsizlik, elm, təhsil, mədəniyyət və incəsənətdə mühüm töhfələr verdiyini, ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirak etdiyini xüsusi vurğulamışlar.
Bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri əsasında bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçular üçün yüksək iş şəraiti yaradılmışdır. Burada onlar sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm vəzifələri məsuliyyətlə yerinə yetirir, hərbi təhsil, analitik araşdırmalar, tibbi təminat və digər vacib sahələrdə uğurla fəaliyyət göstərərək həm döyüş tapşırıqlarını icra edir, həm də gələcək sərhədçi kadrların hazırlanmasında mühüm rol oynayırlar.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qətiyyəti, vətənə sədaqəti ilə fərqlənən sərhədçi qadın hərbi qulluqçuları və mülki işçiləri əlamətdar gün münasibəti ilə təbrik edərək xidməti fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulamışdır.
Tədbirdə xidmətdə fərqlənmiş bir qrup qadın hərbi qulluqçu və mülki işçi Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən təltif edilmişdir.
Təltif olunan sərhədçi qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, gələcəkdə də respublikamızın sərhəd təhlükəsizliyinin təmin olunmasında əzmlə çalışacaqlarını ifadə etmişlər.
Keçirilən silsilə tədbirlər çərçivəsində şəxsi heyət şəhid ailələrini ziyarət etmiş, şəhid analarına və xanımlarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki çatdırılmış, gül dəstələri təqdim edilmişdir.
Görüşlərdə şəhidlərin ailələrinin və müharibə əlillərinin sosial təminatının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu ifadə edilmiş, şəhid sərhədçilərin döyüş yolu və qəhrəmanlıqları haqqında danışılmış, onların xatirəsinə hörmət və ehtiramın hər kəsin müqəddəs vəzifəsi olduğu qeyd edilmişdir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.





















_5b09d185a5ab13bfceeda3646b8060f8.jpg)










Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
DƏYƏRLİ BİR ÖMRÜN HƏYAT HEKAYƏSİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb