lider-media.az

Azərbaycan Ordusunda Ramazan bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Baxış: 184 Tarix: 10-04-2024, 15:24

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Ramazan bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lider-Media.az-a bildiriblər ki, bayram tədbirlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Tədbirlərdə çıxış edənlər Azərbaycanın müdafiə nazirinin Ramazan bayramı münasibətilə təbrikini şəxsi heyətə çatdırıb. Onlar xalqımızın taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamasından, dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramının ölkəmizin bütün suveren ərazisində təntənə ilə qeyd edilməsində danışıblar.

Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə konsert proqramları təqdim olunub, hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.

Silsilə tədbirlər çərçivəsində şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu qeyd olunub, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların ailələrinin və yaxınlarının qayğılarının, problemlərinin həlli istiqamətində mühüm işlərin görüldüyü xüsusi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi