lider-media.az

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Baxış: 282 Tarix: 19-03-2025, 14:05

Şeyx Azərbaycan xalqını təbrik edib. Təbrikdə builki Novruzun həm də İslam dünyası üçün əziz olan on bir ayın sultanı Ramazanın gəlişi ilə üst-üstə düşdüyündən daha da dəyərli və əlamətdar olduğu bildirilib: "Bu gün işğaldan azad olmuş bütün məkanlarda, Xankəndinin mərkəzində alovlanan Novruz tonqallarnda bizə, bütün xalqımıza bayram sevincini yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun qalib sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk!" A.Paşazadə vurğulayıb ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək:"İl İlan bürcü üstündə təhvil olacaq, bayram axşamı martın 20-də, Novruz bayramı isə martın 21-də qeyd ediləcək. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıram".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi