lider-media.az

Tələbələr Milli Hidrometeorologiya Xidmətində hava proqnozunun hazırlanması ilə tanış olublar

Baxış: 213 Tarix: 18-03-2025, 10:49

Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Sosial-İqtisad Kollecinin tələbələri Milli Hidrometeorologiya Xidmətinə ekskursiya ediblər. Ekskursiya zamanı tələbələrə Xidmətin fəaliyyət istiqamətləri, o cümlədən Hidrometeorologiya muzeyində yer alan ölkəmizin milli hidrometeorologiyasının tarixini əks etdirən avadanlıqlar, fotoşəkillər, eksponatlar, ölçü cihazları barəsində məlumat verilib. Daha sonra Situasiya Mərkəzində tələbələrə hava proqnozunun hazırlanması prosesi ətraflı izah olunub. Tədbirin sonunda Xidmətin əməkdaşları tərəfindən ölkəmizdə inkişaf etdirilən Erkən Xəbərdarlıq Sistemi barədə tələbələrə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi