lider-media.az

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələr üçün Situasiya Mərkəzinə ekskursiya təşkil olunub

Baxış: 554 Tarix: 11-10-2024, 15:47

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olub.
Tədbir zamanı Xidmətin mütəxəssisləri tərəfindən tələbələrə Hidrometeorologiya muzeyində yer alan ölkəmizin milli hidrometeorologiyasının tarixini əks etdirən eksponatlar, ölçü cihazları, avadanlıqlar, fotoşəkillər barədə məlumat verilib.
Daha sonra Erkən Xəbərdarlıq Sisteminin konsepsiyası barədə qeyd edilərək Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.
Sonda interaktiv formatda keçirilən tədbirdə mövzu ətrafında müzakirələr aparılaraq Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyasının (COP29) əhəmiyyəti qeyd olunub.
Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi