lider-media.az

Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

Baxış: 541 Tarix: 17-03-2025, 19:52

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub. Muzeyin direktoru Əminə Məlikova qonağa muzeyin tarixi, fəaliyyəti, zəngin kolleksiyaları, qədim xalçaçılıq ənənələrimiz barədə ətraflı məlumat verib.

Valentina Matviyenko muzeyə Azərbaycanın nadir mədəni-tarixi irsinin qorunub saxlanılması və təbliği istiqamətində fəaliyyətində uğurlar və tərəqqi, əməkdaşlara isə nəcib işlərində nailiyyət və ilham arzulayıb. Sonra qonaq xatirə kitabına öz xoş təəssüratlarını yazıb.

Valentina Matviyenkoya muzeyin 55 illiyinə həsr olunan “Azərbaycan Milli Xalça Muzeyi” kitabı hədiyyə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi