lider-media.az

Cari ilin I rübündə ölkədə iqtisadi artım 4 faiz təşkil edib

Baxış: 202 Tarix: 9-04-2024, 16:47

Cari ilin I rübündə ölkədə iqtisadi artım 4 faiz təşkil edib

Cari ilin yanvar-mart aylarında ölkədə 29 milyard 96,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. ÜDM istehsalının 39,3 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2856,5 manata bərabər olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi