Milli Qəhrəmanın qardaşı Bəhram Mənsurov bildirir ki, Bəhruz məhz ondan ibrət götürərək hərbçi olmaq istəyib: “Mən 1990-cı ildə Kurqan Ali Hərbi-Siyasi Aviasiya Məktəbinə daxil oldum. SSRİ dağılandan sonra Azərbaycana qayıdaraq, təhsilimi Bakıda hərbi məktəbdə davam etdirdim. Mənim hərbi sahədə təhsil aldığımı görüncə, qardaşım da həvəsləndi və sənədlərini Həzi Aslanov adına Bakı Hərbi Birləşmiş Komandanlıq Məktəbinin Sərhəd qoşunları fakültəsinə verdi və daxil oldu. Bəhruz təlimlərdə, məşğələlərdə həmişə fərqlənirdi. Onda hərbçi kimi müsbət keyfiyyətlər vardı. Kursant yoldaşları, müəllimləri onun haqqında həmişə xoş sözlər deyirdilər”.
1995-ci ilin mart ayında, ölkə vətəndaş müharibəsi təhlükəsini yaşadığı bir vaxtda, 20 yaşlı Bəhruz da vətənpərvərlik borcunu yerinə yetirməkdən ötrü silahlı dəstəni zərərsizləşdirmək üçün döyüşə qatılır. Qardaşı ilə birgə döyüşür. Bəhram Mənsurov yaddaşından silinməyən, ailələrinə faciə yaşadan günü belə xatırlayır: “Rəsmən ləğv edilmiş xüsusi təyinatlı milis dəstəsi dövlətimiz əleyhinə çevriliş etməyə cəhd edəndə çevrilişin qarşısını almaq, dəstəni zərərsizləşdirmək üçün döyüşən qüvvələrin tərkibində Bəhruz Mənsurov da vardı. Biz ikimiz də həmin qüvvələrə qarşı, amma ayrı-ayrı qruplarda, dəstələrdə döyüşürdük. Dövlət çevrilişinin qarşısı alındı. Amma həmin döyüşdə Bəhruzu itirdik. Bəhruz şəhid olan gün hər ikimizin nişan mərasimimiz keçirilməli idi. Evdə toya hazırlıq gedirdi. Yardımlı rayonundan Sumqayıta iki bacı üçün iki qardaşın nişanı gedirdi. Qardaşımın ölüm xəbərini gətirəndə evdəkilərin bundan xəbəri yox idi. Evə gəlib toy ab-havasını görəndə: “ Bu xəbəri necə deyəcəyəm?” - deyə özüm də dəhşətə gəldim: “ Necə deyim ki, Bəhruz həyatda yoxdur, amma siz toya hazırlaşırsınız?” Hadisədən təkcə atamın xəbəri vardı.
Milli Qəhrəmanın uşaqlıq dostu və kursant yoldaşı Şəhriyar Bəhlulov Bəhruzla bağlı yaddan çıxmayan xatirələrini çözələyir: “Biz bir yerdə böyümüşük. Orta məktəbdə də, ali məktəbdə də bir yerdə oxumuşuq. Onun ölümündən sonra mənim üçün oxuduğumuz hərbi məktəbə getmək çətin idi. Sanki hər yerdə onu görürdüm. O, gözümün qabağında şəhid olmuşdu. Amma yenə də gözümün qabağında idi”.
Orta məktəbdə Bəhruz Mənsurovun Azərbaycan dili və ədəbiyyat müəllimi olmuş Əflatun Sadıqovun yaddaşında Milli Qəhrəman nümunəvi, nizam-intizamlı və dərslərini yaxşı oxuyan şagird kimi həkk olunub: “Mən bir qohum kimi evlərində tez-tez qonaq olardım. Ədəbiyyatla, tarixlə bağlı tez-tez söhbətlərimiz olardı. O, bəzən mübahisə etməyi xoşlayar, həqiqəti ortaya çıxarmağa çalışardı. Bəhruz mənəvi-əxlaqi cəhətdən saf idi. Demək olar ki, kənd uşaqlarına nümunə idi. Sözü birbaşa demək, prinsipiallıq, heç kəsdən çəkinməmək kimi xüsusiyyətləri vardı, hamının hörmətini saxlayırdı. Onun ölümü yadımıza düşəndə həmişə kövrəlirik. Onun cənazəsi kəndə gətiriləndə də ölümünə inanmırdıq. Ən böyük faciə isə onun nişanı üçün alınan qoçların yas mərasimində kəsilməsi idi”.
Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavasına adı verilib və orada büstü qoyulub. Yardımlı rayonunun küçələrindən biri və oxuduğu orta məktəb Bəhruz Mənsurovun adını daşıyır. Bəhruz hərbi məktəbə daxil olmamışdan bir neçə ay əvvəl Sumqayıtda Kimyaçılar zavodunda çalışdığına görə orada yaşadığı binaya xatirə lövhəsi vurulub. Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq-abidə kompleksinə onun adı verilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsi qarşısında Bəhruz Mənsurovun heykəli ucaldılıb.


Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
İkinci Dünya müharibəsinin "dəmir pələng"i - HƏZİ ASLANOV
Zəfər - Qələbə əzmi ilə qəhrəmanlıq tarixini yaradan Azərbaycanın mərd, məğrur oğulları...
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb