lider-media.az

Diasporla İş üzrə Dövlət Komitəsinin 2025-ci ildə həyata keçirəcəyi layihələr

Baxış: 317 Tarix: 14-03-2025, 17:08

image

Diasporla İş üzrə Dövlət Komitəsinin 2025-ci ildə həyata keçirməyi nəzərdə tutduğu layihələr açıqlanıb. Bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan azərbaycanlı gənclər üçün yay-qış düşərgələrinin və bazar günü məktəblərinin təşkili diqqətdə saxlanılır və son illərdə ölkə daxilində və xaricdə bu tədbirin əhatəsi genişlənir.Bu çərçivədə 2025-ci ildə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin, Avropada növbəti qış düşərgəsinin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan va Gürcüstanda yay düşərgələrinin, İtaliya (Milan), Almaniya (Hamburq ve Hannover) və Belçikada (Brüssel) həftəsonu məktəblərin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Gürcüstanda bazar günü məktəblərinin təşkil edilməsi nəzərdə tutulub.Qeyd edək ki, deputatlar tərəfindən xaricdə yaşayan azərbaycanlı gənclər üçün ölkədə təşkil edilən yay-qış düşərgələrinin, həmçinin bazar günü məktəblərinin sayının artırılması, diaspor təşkilatlarının bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi təklif olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi