lider-media.az

Könül Nurullayeva: Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı münasibətin göstəricisidir  

Baxış: 86 Tarix: 14-03-2025, 15:30

Avropa Parlamenti hələ də postmünaqişə reallıqlarını dərk edə bilməyib. Bu qurum işğal dövründə olduğu kimi postmünaqişə dövründə də Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir.

Bu fikirlləri Lider-media.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib. 

Deputat bildirib ki, Avropa Parlamenti bu dəfə də vaxtı ilə Azərbaycanın tarixi torpaqlarında müharibə cinayətləri, terror aktları törətmiş şəxslərin müdafiəsinə qalxıb. Bu davranış beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir və açıq-aşkar müstəqil məhkəmənin işinə təsir etmək cəhdidir. Azərbaycan hərbi canilər üzərində məhkəməni bütün beynəlxalq standartlara uyğun keçirir. Avropa parlamentinin qəbul etdiyi növbəti qərəzli qətnamədə müdafiə olunan şəxslərin hər biri ağır cinayətlərdə ittiham olunurlar.

“Avropa Parlamentinin məlum qətnaməsi Azərbaycana qarşı münasibətin göstəricisidir. Təəssüf ki, Aİ  bütün Cənubi Qafqaz  regionuna Ermənistan maraqları prizmasından baxır. Ermənistanda Aİ Müşahidə missiyası, Avropa Sülh fondunun Ermənistanın silahlandırmasına maliyyə ayırmaları, təxribatçı açıqlamalar da  bu çirkin siyasətin tərkib hissəsidir.

Bu vaxta qədər də Avropa Parlamenti bir dəfə də olsun real faktlar əsasında qətnamə qəbul etməyib. Avropa parlamentariləri 30 illik işğalın nəticələrini, Ermənistanın müharibə cinayətlərini görməzlikdən gələrək, daha çox Azərbaycana qarşı iftira və böhtan kampaniyalarında xüsusi fəallıq göstərməyə üstünlük verdilər”, - deyə K.Nurullayeva diqqətə çatdırıb.

Deputat bildirib ki, bütün qətnamələr islamafobiya, qərəz və ikili standartları özündə əks etdirir. Avropa Parlamenti bu gün də Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları həzm edə  bilmir. Onlar dərk etmək istəmirlər ki, münaqişə artıq başa çatıb və bu gün “Dağlıq Qarabağ” adlı münaqişə və bu adda ərazi vahidi yoxdur.

"Avropa Parlamentinin bu cür qərəzli mövqeyi Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması ilə ziddiyyət təşkil edir", - deyə Könül Nurullayeva fikirlərini yekunlaşdırıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi