lider-media.az

ŞKTC Türk Əməkdaşlıq Təşkilatı Koordinasiya Komitəsinin toplantısına qatılıb  

Baxış: 287 Tarix: 14-03-2025, 15:09

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) nümayəndə heyəti İstanbulda keçirilən Türk Əməkdaşlıq Təşkilatı Koordinasiya Komitəsinin 5-ci Toplantısına qatılıb.

Lider-media.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) Katiblik binasında keçirilən iclasda ŞKTC-ni Xarici İşlər Nazirliyinin müşaviri Mustafa Lakadamyalı və Xarici İşlər Nazirliyinin 3-cü katibi Batuhan Beyatlı müşahidəçi üzv qismində təmsil ediblər.

Baş katib T.Ömbassadoriyevin sədrliyi ilə keçirilən toplantıda üzv ölkələrin xarici işlər nazirlərinin müavinləri, müşahidəçi ölkələrin Macarıstan və Türkmənistanın Türkiyədəki səfirləri, TÜRKPA-nın Baş katibi, TÜRKSOY-un Baş katibi, Türk Akademiyasının prezidenti, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Türkiyə İnvestisiya Fondunun baş müşaviri iştirak ediblər.

Görüşdə türk dünyasında əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsi, birgə layihələr və perspektivlər müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi