lider-media.az

Milli Observatoriya Birləşmiş Krallığın “Global Brands Magazine” jurnalının müsabiqəsində ali mükafatla təltif edilib

Baxış: 93 Tarix: 14-03-2025, 15:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Birləşmiş Krallığın “Global Brands Magazine” jurnalının “Global Brand Awards” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Observatoriyanın şəffaf sorğu prosesi, etibarlı təhlil nümunələri münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.

Beləliklə, xidmət keyfiyyəti meyarları üzrə seçilərək müsabiqənin “Public Sector & Government Awards” kateqoriyasında qalib elan edilən Observatoriya “Sosial Rifah  və Müdafiə Sahəsində Ən Yaxşı Dövlət Qurumu” ali mükafatına layiq görülüb.

Qurumun adı bu beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki qaliblər siyahısına (https://www.globalbrandsmagazine.com/award-winners-2025/) daxil edilib.

Müsabiqədə Milli Observatoriya ilə yanaşı, ABŞ, Yaponiya, İspaniya, BƏƏ, Avstraliya, Kanada, Almaniya, Meksika, Oman və bir sıra digər ölkələrdən olan dövlət və özəl qurumlar da iştirak edib.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi