lider-media.az

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mərakeş Krallığında

Baxış: 150 Tarix: 14-03-2025, 11:34

merakes-kralliginda-gorusler-kecirildi

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Mərakeş Krallığına səfəri çərçivəsində bir sıra rəsmi qurumların və beynəlxalq təşkilatın rəhbər şəxsləri ilə görüşlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid El Alami, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə, həmçinin Xaricdə Yaşayan Mərakeşlilər üzrə II Həsən Fondunda, Xaricdəki Mərakeş İcması Şurasında və Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyində keçirilən görüşlərdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri, xaricdə yaşayan azərbaycanlılarla mərakeşlilər arasında əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi dövründə iki ölkənin münasibətlərinin daha da inkişaf etdiyini vurğulayıb, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib. Mərakeş Krallığının rəsmiləri sədrin səfərini yüksək qiymətləndirib, diaspor fəaliyyəti sahəsində təcrübə mübadiləsinin və birgə əməkdaşlığın vacibliyinə diqqət çəkib, ölkələrimiz arasında münasibətlərin inkişafında diasporun əvəzsiz rolunu qeyd ediblər.

Görüşlərdə Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi