lider-media.az

Baş nazir Əli Əsədov: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir

Baxış: 168 Tarix: 14-03-2025, 11:29

2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2,5 milyard dollar (və ya 3,7 faiz) artaraq 71 milyard dollar (hazırda 73 milyard dollar) təşkil edib və xarici dövlət borcunu 14 dəfə üstələyir.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, ilin sonuna xarici dövlət borcunun məbləği 20,6 faiz azalaraq 5,1 milyard dollar olub və ÜDM-in cəmi 6,9 faizini təşkil edib. Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyi, makro-fiskal və monetar siyasətlə bağlı qərarlar inflyasiyaya azaldıcı təsir edib.

O, həmçinin deyib ki, hesabat ilində illik inflyasiya hədəf diapazonu daxilində olub. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4,9 faiz, orta illik inflyasiya isə 2,2 faiz təşkil edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi