lider-media.az

AZAL Səmərqəndə uçuşları bərpa edir: Biletlər artıq satışdadır

Baxış: 273 Tarix: 14-03-2025, 11:21

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 aprel tarixindən etibarən Şərqin nadir incisi olan Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uçuşları bərpa edir. Bakı-Səmərqənd-Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır.

Lider-Media.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, uçuşlar Bakıdan Səmərqəndə çərşənbə axşamı və şənbə günləri, Səmərqənddən Bakıya isə çərşənbə və bazar günləri yerinə yetiriləcək.  Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

AZAL ilə Səmərqəndə səyahətə yollanaraq bu möhtəşəm şəhərin qədim ab-havasını kəşf edin!
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi