lider-media.az

Müdafiə naziri “Baykar” şirkətinin baş direktoru ilə görüşüb

Baxış: 208 Tarix: 14-03-2025, 10:46

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru cənab Haluk Bayraktarı qəbul edib.
Səmimi dialoq çərçivəsində keçirilən görüşdə hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi vurğulanıb.
Görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda müdafiə naziri cənab H.Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi